Azərbaycanlı müğənni: “İstəyirəm turistləri maşına mindirib aparım evdə…”
Bizi izləyin

Magazin1

Azərbaycanlı müğənni: “İstəyirəm turistləri maşına mindirib aparım evdə…”

Azərbaycanlı müğənni Elza Seyidcahan idmançılarla arasındakı pərdədən danışıb. Publika.az xəbər verir ki, bu gün “Günaydın” verilişinin qonağı olan əməkdar artist “Bakı-2015” İlk Avropa Oyunlarının bu münasibətləri istiləşdirdiyini bildirib:

“Azərbaycanda Avropa Oyunlarının keçirilməsi bizimlə idmançılar arasında olan pərdəni aradan qaldırdı. Artıq hər birimiz onlara daha yaxın olduq. Əvvəllər də idmançılarımız xarici ölkələrdə qələbələr qazanıb. O vaxt biz onları ancaq aeroportda qarşılaya bilmişik. Daha sonra isə prezident onları qəbul edib. İndi də hər birimiz onlara yaxınıq”.

Elza Seyidcahan şəhərimizdəki çoxsaylı turistləri gördükdə sevincək olduğunu da gizlətməyib:

“Şəhərdə gəzən turistləri gördükdə o qədər sevinirəm. Şəhərdə gəzən turistləri görəndə az qalıram ki, maşınıma mindirib aparım evimdə qonaq edim. Baxıram kürəklərində çanta ilə gəzirlər. Adama xoş gəlir”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm