I Avropa Oyunlarına həsr olunan “Qəhvə rəngi” adlı sərgi açılacaq
Bizi izləyin

Magazin1

I Avropa Oyunlarına həsr olunan “Qəhvə rəngi” adlı sərgi açılacaq

Bu gün Muzey Mərkəzində “Qəhvə rəngi” adlı sərgi açılacaq.

Muzeydən verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, “Coffee planet” şirkətinin sponsor dəstəyi ilə keçirilən bu böyük art-layihəsi bu günlərdə paytaxtımızda keçirilən birinci Avropa Oyunlarına həsr edilib.

Sərginin ekspozisiyasına rəngkarlıq kətanları, qrafik əsərlər, heykəltəraşlıq, batika, instalyasiya və müəllif kuklaları daxildir. İncəsənət qalereyasının ayrıca zalı məşhur rəssam İrina Eldarovanın fərdi layihəsinə verilib. İrina Eldarovanın layihəsi iki hissədən ibarətdir.

Vernisajda, həmçinin yaradıcılığı artıq tamaşaçılara muzey mərkəzinin ötən art layihələrində fəal iştirakı ilə yaxşı tanış olan Bakı dizayneri Nadya Tazıyevanın geyim nümayişi təşkil olunacaqdır.

Mövzuya özünəməxsus şəkildə yanaşanlar arasında Niyaz Nəcəfov, Nazim Yunusov, Adil Yusifov, İntiqam Ağayev, Elçin Bünyadov, Olqa El, Zöhrab Salamzadə, Nigar Babayeva, Leyla Altunay, Malik Məmmədxanov kukla rəssamları Pərviz Hüseynov, İrinaQundorina, Fərəh Əliyeva, heykəltəraş Zakir Əhmədov tətbiqi sənət ustası, batika üzrə mütəxəssis Tatyana Ağababayeva və bir çoxları vardır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm