Aygün Kazımova cinayət məsuliyyətinə cəlb oluna bilər
Bizi izləyin

Magazin1

Aygün Kazımova cinayət məsuliyyətinə cəlb oluna bilər

Xalq artisti Aygün Kazımova ilə Natəvan Həbibinin arasındakı qalmaqal davam edir.

Müğənninin prodüseri Aysu Publika.az-a açıqlamasında bildirib ki, dünən Kazımova Aygün Ələsgər qızının Bakı Apelyasiya Məhkəməsinin Həbibova Natəvan Şamil qızının xeyrinə çıxardığı qətnamədən verdiyi kassasiya şikayətinə Ali Məhkəməsinin Mülki kollegiyasında yenidən baxılıb.

Müğənni Natəvan Həbibinin vəkili Həsənov Fərid bildirib ki, Ali Məhkəmə Apelyasiya məhkəməsinin qətnaməsini qüvvədə saxladı. Həmin qətnaməyə əsasən, Kazımova Aygün Ələsgər qızı, Həbibova Natəvan Şamil qızı barədə yaydığı yalan məlumatları təkzib etməli və Həbibova Natəvan Şamil qızından üzr istəməlidir.

Vəkil daha sonra qeyd edib ki, Azərbaycanda hər üç instansiya məhkəməsinin ədalətli mövqe tutması, qanunlarımızı dürüst tətbiq etməsinə görə Həbibova Natəvan Şamil qızı bütün məhkəmə tərkibinə təşəkkürünü bildirib və cavabdeh Kazımova Aygün Ələsgər qızının məhkəmə qərarlarını icra edəcəyinə ümid etdiyini deyib.

Əks halda, xalq artistini cinayət məsuliyyəti gözləyir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm