Gənc rejissorlar Beynəlxalq Teatr Festivalında iştirak edəcəklər
Bizi izləyin

Magazin1

Gənc rejissorlar Beynəlxalq Teatr Festivalında iştirak edəcəklər

Bu gün Azərbaycan Dövlət Musiqili Teatrının gənc rejissorları – Anar Sadıqov və Əlif Cahangirov Moskvada keçirilən A.Çexov adına Beynəlxalq Teatr Festivalında iştirak edəcəklər.

Teatrın mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, Anar Sadıqov və Əlif Cahangirov festival çərçivəsində təşkil olunan “Gənc rejissorların laboratoriyası”nda V.N.Pankov, V.A.Rıjakov, K.M.Qinkas, A.Y.Şapiro, A.Şenderova, A.S.Konçalovski kimi görkəmli sənətkarların ustad dərslərini dinləyəcəklər. Onlar, həmçinin festivalda “İonesko. Süita” (Fransa, rejissor Emmanuel Demarsi-Mota), “Düyü” baleti (Tayvan, baletmeyster Lin Xvay Min), “Qolem” (Böyük Britaniya, rejissor Syuzan Andreyd), “Həyat davam edir” (Böyük Britaniya, baletmeysterlər Akram Xan, Rassel Malifant, Mats Ek, Uilyam Forsayt), “Torqi” (Rusiya, rejissor Dmitri Krımov) adlı səhnə əsərlərinə baxmaq imkanı qazanacaqlar.

Gənc rejissorlarımız tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi ilə iştirak edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm