“Ay Brilliant” İlkin Həsəni ilə Kənanı bir-birinə düşmən etdi
Bizi izləyin

Magazin1

“Ay Brilliant” İlkin Həsəni ilə Kənanı bir-birinə düşmən etdi

Belə getsə, deyəsən, İlkin Həsəninin Kənan M.M-lə dostluğuna son qoyulacaq.

Qeyd edək ki, “Ay Brilliant” filminin prodüseri İlkin Həsəni bir daha Kənana iş həvalə etməyəcəyini deyib: ”İkinci filmdə rejissoru dəyişəcəyik. Kənan dostumuzdur, qardaşımızdır. Amma Kənan mənim dostumdursa, bu o demək deyil ki, bütün işləri ona həvalə etməliyəm”.

Publika.az-a açıqlama verən Kənan M.M heç özünün də İlkinlə işləmək həvəsində olmadığını söyləyib. Səbəbini isə belə izah edib:

“İlkin Həsəninin alnına yazılmayıb ki, mütləq bütün filmlərini mənimlə işləyəcək. Heç özüm də bunu istəmirəm, çünki komediya mənim tərzim deyil. Komik janrda filmlər çəkmək standartlarıma uyğun gəlmir”.

Bəs gələcəkdə necə, İlkin Həsəni ona müraciət etsə, razılaşacaq?

Aldığımız cavab belə olub: “Allah bilir”.

Xatırladaq ki, “Ay Brilliant” filminin təqdimat mərasimində Kənan İlkin Həsəni ilə ikinci filmini çəkəcəyini bildirmişdi.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm