• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Zemfira: “Hər işlə məşğul olmuşam, bircə müğənniliyim qalıb”

  • Magazin1
  • 19 İyun 2015 10:45
  • 1 464 Baxış
Zemfira: “Hər işlə məşğul olmuşam, bircə müğənniliyim qalıb”

Teleaparıcı Zemfira Adıgözəlova bu gecə sosial şəbəkədə marağa səbəb olan video paylaşıb. Videoda Rəhim Rəhimli pianoda ifa edir, Adıgözəlova isə mahnı ifa etməyə hazırlaşır.

Publika.az çoxdandır ki, efirdə görünməyən aparıcının müğənniliyə başlamaq həvəsinin olub-olmaması ilə maraqlanıb.

Zemfira xanım musiqi təhsilinin olduğunu və uşaqlıqdan xorda ifa etdiyini bildirib:

“Mən uşaqlıqdan aktrisa olmağı arzulamışam. Özü də kinoaktrisa. Bəlkə də, nə vaxtsa müğənnilik də edəcəyəm. Musiqi təhsilim də var. 7 illik fortepiano təhsili almışam. Birinci sinfə getdiyim vaxtda musiqi məktəbinə də getmişəm. Xorda da ifa etmişəm. Amma uşaqlıda fəaliyyətim bununla yekunlaşmayıb (gülür). İncəsənətə marağım sonsuz olub. Musiqi təhsilimdən başqa bədii gimnastika, bal və milli rəqslərlə də məşğul olmuşam. Atam musiqi müəlliməsi, anam isə jurnalist olmağını istəyirdi. İstəklər fərqli olsa da, ali təhsilim rejissorluq ixtisası üzrə oldu. İnstitutda tamaşalarda aktrisalıq etmişəm. Sonda isə aparıcı-rejissor oldum. Hər işlə məşğul olmuşam, bircə müğənniliyim qalıb”.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR