İlhamədən Brillianta: “Özünü yığışdır, yaşın 60-ı keçib...” – QARŞIDURMA
Bizi izləyin

Magazin1

İlhamədən Brillianta: “Özünü yığışdır, yaşın 60-ı keçib...” – QARŞIDURMA

Xalq artisti İlhamə Quliyeva ilə Brilliant Dadaşova arasında qalmaqal getdikcə böyüyür. Brilliant Dadaşovanın primadonnanın repertuarından olan “Neyləmişəm” mahnısını oxuması qarşı tərəfi özündən çıxarıb.

Publika.az-a müsahibə verən İlhamə Quliyeva küsülü həmkarına ultimatum göndərib: “Özünü yığışdır, yoxsa nəticəsi ağır olacaq!”

- İlhamə xanım, siz repertuarınızdakı mahnıların digər müğənnilər tərəfindən ifa ediməsini qadağan etmişdiniz. Yəqin, bu səbəbdən Fikrət Əmirovun məhz sizin üçün bəstələdiyi “Neyləmişəm” mahnısını oxuduğuna görə Brilliant Dadaşovanı məhkəməyə verəcəksiniz. Bu mahnını Röya da oxuyub, onu da bu aqibət gözləyir?

- Yox, Röya mənim çox sevdiyim müğənnidir. O, mənə zəng edib, mahnını ifa etmək üçün icazə aldı, mən də etiraz etmədim. Həm də Röya Brilliant kimi əsəri cikkildəyə-cikkildəyə, falş səslə oxumur. Özünəməxsus şəkildə ifa edir. Təkcə Röya yox, bir neçə müğənni var ki, mən onları çox istədiyim üçün əsərlərimi oxumaların icazə vermişəm.

- Kimdir onlar?

- Biri Faytonçu Nazimdir. “Mən səni araram” əsərimi oxumaq üçün zəng edib icazə aldı, mən də razılıq verdim. Üstündən bir neçə vaxt keçdi, yenidən mənə zəng etdi ki, əsərə klip çəkdirmək istəyirəm. Dedim ki, Nazim, sən ağ elədin ha! İcazə vermədim. Bu əsərlər mənim mülkiyyətimdir, heç kimin o əsərləri oxumağa ixtiyarı çatmır. Mən Avropa Oyunlarına həsr etdiyim klipin təqdimatını edən gün Brilliant bu mahnını lüt şəkliylə bərabər sosial şəbəkədə yaydı. Deməli, bu adam mənə sataşır də.

- Bildiyimizə görə, mahnıdan əvvəl də aranızda küsülük vardı?

- O, həmişə başından böyük danışıb, yekəxanalıq edib. Bir dəfə mətbuat katibimdən soruşub ki, bibi necədir? Bibi deyəndə məni nəzərdə tutur. Mən də ona xəbər yolladım ki, mən bibiyəmsə, sən də nənəsən. Yaşın altmışı keçib, özünü cavan qız sayırsan. Gəl mənə də bax, özünə də, gör kim bibi, nənənədir, mən, yoxsa sən? Mən sizin sayt vasitəsilə ona deyirəm, eşitsin. Hədələmirəm, amma deyirəm, Brilliant, özünü yığışdır, yoxsa nəticəsi ağır olacaq.

- Yığışdırsın deyəndə, nəyi nəzərdə tutursunuz?

- Nə qədər ki gec deyil, mənim mülkiyyətim olan əsəri oxumasın. Mən icazə vermirəm. Əgər mənim mülkiyyətim olan mahnını oxusalar, onu da, digər müğənniləri də məhkəməyə verəcəyəm, telekanalları da. Bunu da Brillianta açıq deyirəm, mənim məhkəmələrdə sürünməyə vaxtım və həvəsim yoxdur, sadəcə, özünü yığışdırsın. Ağlı başına gəlsin. Vaxt vardı, bir aktrisa da səhvə yol vermişdi, amma diri tərpəndi, səhvini düzəltdi.

- Məleykə Əsədovanı nəzərdə tutursunuz?

- Bəli, 10 il bundan əvvəl Məleykə mənim mahnımı oxumuşdu, özü də icazə də almışdı. Sonra icazəsiz klip çəkdirdi. Mən ona xəbərdarlıq etdim ki, bir də bu mahnını oxuma. O da ağıllı qadındır, başa düşdü ki, mənimlə mübahisə etmək olmaz. Dərhal səhvini anladı və o mahnını nə oxudu, nə də klipini efirlərə verdi. Mən onun bu hərəkətini hörmətə layiq bildim. İndi də Brilliant mənə sataşır. Dəfələrlə müğənnilər mənə xahiş ediblər ki, bir əsərinizi oxuyaq. İcazə verməmişəm. Özümə nə gəlib, ölməmişəm, sağam. Bu yaxınlarda Fikrət Əmirovun mənə həsr etdiyi əsərlərin hamısını yeni aranjemanda təqdim edəcəyəm. Abbas Bağırov hamısını yenidən aranjeman edib. Fikrət Əmirovun əsərlərini korlamağa heç kimin ixtiyarı yoxdur. Əgər o sağ olsaydı, Brillianta icazə versəydi, o da oxuyardı, bir söz deməzdim. Amma indi o, həyatda yoxdur, mən onun ruhunun sızlamasına icazə verə bilmərəm. Brilliantın heç səsinə də yatmır bu əsər.

- Brilliant Dadaşova sizə zəng edib, üzrxahlıq etsə, onu bağışlayarsınız?

- Yox, mənə onun üzrxahlığı lazım deyil. İstəmirəm. Oxumasın mənim əsərlərimi, vəssalam. Özünü yığışdırsın, Məleykə kimi ağıllı tərpənsin.

- İlhamə xanım, heç özünüz nə vaxtsa, hansısa müğənnilərin repertuarından musiqilər ifa etmisiniz?

- Adama sual verərlər, Brilliant, mən sənin nə vaxtsa oxuduğun mahnıları oxumuşam, sən mənim musiqilərimi oxuyursan? Get öz mahnılarını oxu də. Oxusun e, toyda, məclisdə, efirlərdə mənim əsərlərimi oxumasın. Qoymuram.

- Siz özünüz də başqalarının mahnısını oxumamısınız, yəqin?

- Oxumuşam, amma icazəsini almışam. Xalq artisti Ağadadaş Ağayev böyük sənətkardır. Mən “Xalqım Heydər deyəcək” mahnısını oxumaq üçün ondan icazə aldım. O da sağ olsun, özü “minisovkanı” götürüb gəldi studiyaya. Öz mərifətini göstərdi.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm