• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bakının qonaqları “Sarı gəlini” alqışlarla dinlədi

  • Magazin1
  • 19 İyun 2015 13:30
  • 439 Baxış
Bakının qonaqları “Sarı gəlini” alqışlarla dinlədi

Birinci Avropa Oyunları çərçivəsində ötən gün Heydər Əliyev Sarayında gənc muğam ifaçılarının “Gəncləşən muğam” adlı konserti keçirilib.

Publika.az xəbər verir ki, xalq artıstı, professor Mənsum İbrahimov və tələbələri maraqlı konsert proqramı ilə çıxış ediblər. Konsertdə dünyaya səs salan “Sarı gəlin”i səsləndirən xanəndə Vüsalə Rəcova repertuarının təsadüfən seçilmədiyini diqqətə çatdırıb.

Avropa Oyunları ilə bağlı ölkəmizdə qonaq olan əcnəbilər də konsertdə iştirak edib. Onlar xanəndə Vüsalə Rəcovanın ifasında səslənən “Sarı gəlin”i hərarətlə qarşılayıblar. Müğənni mahnını milli geyimdə təqdim edib

Qeyd edək ki, “Gəncləşən muğam” layihəsində Mənsum İbrahimovun yetirmələrindən Aytən Məhərrəmova, Arzu Əliyeva, Elşad Aydınoğlu, Hüseyn Məlikov, Günay İmamverdiyeva və başqaları çıxış edib.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR