Müğənni idman sevgisindən danışdı
Bizi izləyin

Magazin1

Müğənni idman sevgisindən danışdı

Bu gün gənc müğənni Lamiyə Novruzova “Gündəlik” verilişinin qonağı olub. İfaçı ilə yanaşı olimpiya çempionları Elnur Məmmədli və Fərid Mansurov da verilişdə iştirak edib. İdmançıları görən xanım ifaçı özünün də illər öncə idmanla məşğul olduğundan danışıb.

“Karate ilə məşğul olmuşam. Uşaq vaxtı olub. Təqribən 2 il karate dərslərinə getmişəm. Amma bu, professional formada olmayıb. İncəsənət məni daha çox özünə çəkdi. Əgər idmançı olsaydım, yaxşı idmançı olardım”.

Lamiyə Novruzova həmçinin olimpiya çempionlarımızın Bakıda keçirilən İlk Avropa Oyunlarında iştirak etməməsindən də söhbət açıb.

“Bəzi idmançılarımız aldıqları zədələrdən bu yarışlarda iştirak edə bilməyib. Ən əsası odur ki, onlar Azərbaycana vaxtilə uğur və qalibiyyət qazandırıb. Təki hər bir idmançı Azərbaycana Elnur Məmmədli və Fərid Mansurov kimi sevinc yaşatsın. Bu da normaldır. Bir müddətdən sonra mən də oxumayacağam. Bəlkə də, səsim itə bilər. Oxumaya bilərəm”.

Hər iki idmançı da bu oyunlarda iştirak edə bilmədikləri üçün təəssüfləndiyini bildirib.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm