Əməkdar artistdən etiraf: “Mənim də “kruqum” olub"
Bizi izləyin

Magazin1

Əməkdar artistdən etiraf: “Mənim də “kruqum” olub"

Əməkdar artist, tanınmış aktyor Çingiz Əhmədov son illər gənclərin ərsəyə gətirdikləri kommersiya filmlərində rol almamasının səbəblərindən danışıb.

Publika.az-a açıqlama verən aktyor təklif olarsa, dəyərləndirəcəyini bildirib: “Bu gün ekranlaşdırılan filmlərdə hər rejissorun öz komandası çəkilir. Belə deyim də, hərənin öz “kruqu” var. Zamanında bizim nəslin də öz çevrəsi olub. Cavanların indi getdiyi yolu mən çoxdan qayıtmışam. Allah canlarını sağ eləsin, çəksinlər, çəkilsinlər. Hələ ki, mənə rol təklif edən olmayıb. Dəvət etsələr, çəkilərəm”.

Amma aktyor həmin ssenarinin səviyyəsini də nəzərə alacağını deyib:

“Şükür Allaha, mən də boş oturmuram. Teatrda tamaşalarım, ANS-də verilişim var. Amma özümə görə, səviyyəli rol olarsa, imtina etmərəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm