“Bunu eləməsəm, kökələrəm” - 50 yaşlı rəqqasənin gözəllik SİRRİ
Bizi izləyin

Magazin1

“Bunu eləməsəm, kökələrəm” - 50 yaşlı rəqqasənin gözəllik SİRRİ

Xalq artisti, tanınmış rəqqasə Təranə Muradova onun gözəl qalmasına səbəb olan sirri açıqlayıb. Publika.az-a danışan rəqqasə ideal bədən ölçülərinə görə rəqsə minnətdar olduğunu deyib: “Mən hər gün səhər saat 10-da məşq edirəm. Balet hərəkətləri edirəm ki, bu da bədən quruluşuna müsbət təsir edir. Amma bu məşqləri dayandırmaq olmaz. Çünki bəzi rəqqasələr tanıyıram ki, bu məşqləri dayandırandan sonra kökəlməyə başladılar. Bu bir yana, eyni zamanda məşqləri dayandırmaq həm də ayaqlarda sümük ağrılarına gətirib çıxarır”.

Bacılarının kök olduğunu deyən Təranə Muradova anasına deyil, atasına oxşadığını deyib: “Çoxları mənə deyir ki, yəqin belə çəkidə qalmağının sirri genetika ilə bağlıdır. Belə deyil, bacılarım şişmandır. Yəqin mən atama oxşamışam. 20 ildir ki, mənim bədən ölçülərim dəyişməyib. 17 yaşımda necəydimsə, elə də qalmışam. Bu il 50 illik yubileyimi qeyd edəcəyəm. Hələ də 50 kiloyam. Arada bir bir-iki kilo artıram, o da çox çəkmir. Deyim ki, yeməyimə də nəzarət etmirəm. Pəhriz saxlamağım yadıma gəlmir. Yalnız cavan vaxtlarımda yeməyimə nəzarət etmişəm. İndi belə bir problemim yoxdur”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm