Elza başındakı məşəli qəlyana bənzədən İlhaməyə: “Paxılsan”
Bizi izləyin

Magazin1

Elza başındakı məşəli qəlyana bənzədən İlhaməyə: “Paxılsan”

Əməkdar artist Elza Seyidcahan xalq artisti İlhamə Quliyevanın onun ünvanına dediyi "Müqəddəs məşəli qəlyanla əvəz edib, başına qoyub. Çox ayıb olsun" sözlərinin onu məyus etdiyini söyləyib:

“İlhamə xanımın açıqlamasını görəndə məyus oldum. O xanıma hər zaman hörmətlə yanaşmışam. Hətta onun üçün “Daha ağ eləmə” adlı yeni mahnı da yazmışdım. Hazırda aranjimandadır. Özünün də xəbəri var. Mən Azərbaycanın unudulmaz tarixi günlərində belə bir addım atdım. Elza hər zaman dünya standartlarına uyğun layihələr, imiclər edib. Qələbə qazanan idmançılarımızı bu formada təbrik etdim. Ölkəmin bayrağına bürünüb, rəmzi olan məşəli başımda daşıdım. Bu dərəcədə paxıllıq gözləmirdim. Bayrağın yanında insan hansı cürətlə qəlyan adı çəkir? Qəlyan başda olmur. Başda ağıl olur. Allah da mənə gözəl ağıl verib. Mənim vətənpərvərliyimə xələl gətirmək istəyənlərə onu deyim ki, bacarmadınız. Paxıllığın dili uzundur, çünki əlləri qısadır”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm