Kukla Teatrı nüfuzlu festivala dəvət alıb
Bizi izləyin

Magazin1

Kukla Teatrı nüfuzlu festivala dəvət alıb

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı avqustun 9-dan 13-dək İsraildə keçiriləcək beynəlxalq kukla teatrı festivalına dəvət alıb.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, dünyanın bir sıra ölkələrindən onlarla kukla teatrı və aktyorunun qatılacağı bu nüfuzlu beynəlxalq teatr festivalında müasir və ənənəvi kukla sənətinin incəlikləri barədə seminar və ustad dərsləri də təşkil olunacaq.

Bundan başqa, sözügedən teatrın yaradıcı kollektivi noyabrın 8-dən 14-dək Çinin Fujian əyalətində ənənəvi Asiya Sənət Festivalı çərçivəsində 14-cü beynəlxalq kukla və kölgə festivalında iştirak edəcək. Festivalən şərtlərinə görə, teatr kollektivləri 3-4 tamaşa və kukla oyunu səhnəciyi ilə iştirak edə bilər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm