“Leyli və Məcnun” operası təqdim ediləcək
Bizi izləyin

Magazin1

“Leyli və Məcnun” operası təqdim ediləcək

İyunun 20–də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı birinci Avropa Oyunları ilə əlaqədar ölkəmizdə olan xarici qonaqlar və yerli tamaşaçılar üçün Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasını təqdim edəcək.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, operada Məcnun rolunu xalq artisti Mənsum İbrahimov, Leyli rolunu isə xalq artisti Nəzakət Teymurova ifa edəcəklər.

Tamaşaya teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev quruluş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm