Aygün Kazımova küsülü həmkarı ilə barışdı – VİDEO
Bizi izləyin

Magazin1

Aygün Kazımova küsülü həmkarı ilə barışdı – VİDEO

Xalq artisti Aygün Kazımova və əməkdar artist Lalə Məmmədovanın uzun illərdir küsülü olduğu çox adama bəlli olmasa da, ATV telekanalına müsahibə verən Məmmədova artıq barışdıqları barədə məlumat verib.

“Realiti şouların birində mən və Aygün xanım ayrı-ayrı qruplaşma yaratmışdıq (söhbət “Maşın şou”dan gedir – red.). Verilişdə dedim ki, mən Aygün xanımı oyundan uzaqlaşdırmaq istəyirəm. Yetərincə səs toplamayıb, özüm çıxası oldum. Üstündən 2 ay keçmədən mən onun nə qədər təmiz qəlbli biri olduğunun şahidi oldum. Qəlbi o qədər təmizdir ki, bu gün küsüb, səhəri gün yadına salmır ki, niyə küsüb. Eyni məkanda idik. Mən də hirsli-hirsli oturmuşdum. Məni təqdim etdilər, oxumağa çıxdım. Bu vaxt Aygün Kazımova mikrofonu götürdü və “Ay Lalə, axı mən sənə nə etmişəm?” dedi. Çox utandım. Əslində o deyə bilərdi ki, mənim təcrübəm, mənim illərim var. Mən niyə ona jest etməliyəm. Amma o, bu hərəkəti ilə məni ömürlük özünə bağladı”.

Əməkdar artist Lalə Məmmədova onu da deyib ki, onların barışması kiməsə qarşı qruplaşma kimi qəbul olunmamalıdır:

“Ola bilər, bizim münasibətimizin olmadığı ortaq adam var. Amma həmin şəxs haqqında fikirlərim qətiyyən bununla əlaqədar deyil. Bu, mənim üçün acizlik olar”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm