İradə İbrahimova hamiləlik qorxusundan danışdı - FOTOLAR
Bizi izləyin

Magazin1

İradə İbrahimova hamiləlik qorxusundan danışdı - FOTOLAR

İradə İbrahimova yaxın aylarda ikinci övladını qucağına alacaq. Qızı İpəkdən sonra dünyaya gələcək oğlan övladı sənətçinin evinin nəşəsini bir az da artıracaq.

Publika.az xəbər verir ki, müğənni “Instagram” bloqunda hamiləliyinin çətin aylarını yaşadığını yazıb. O, izləyicilərindən ana olmağa hazırlaşan xanımlar üçün dualarını əsirgəməməyi də xahiş edib.

İradə İbrahimova “Allah bu aylarda ana olmağa hazırlaşan bütün xanımlara kömək olsun. Yay ayını xeyirlisi ilə başa vursaq, çox yaxşı olacaq. Son və çətin aylarımıza girdik. Allah yardım etsin! Dualarınıza ehtiyacım var... Bilirəm, əsirgəməyəcəksiniz. Hər birinizə çox təşəkkür edirəm. Mən də ana olmaq arzusunda olan xanımları unutmur, onlar üçün dua edirəm. Deyilənlərə görə, Allah hamilə qadınların dualarını eşidir. İnşallah elədir. Sevgilər”.

Xatırladaq ki, İradə xanım ötən günlərdə Bodrum istirahətinə hazırlaşdıqlarını və tətil başa çatandan sonra ana olacağını bildirmişdi.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm