Aytən danışdı: “Səhhətimdə problem yarandı”
Bizi izləyin

Magazin1

Aytən danışdı: “Səhhətimdə problem yarandı”

Xəbər verdiyimiz kimi, bu gün “Salam Azərbaycan” verilişinin aparıcısı Aytən Səfərova yenə efirə çıxmayıb. Publika.az-a açıqlama verən teleaparıcı bununla bağlı çox danışmaq istəməsə də, iş yerindəki gərginliyin səhhətinə təsir etdiyini bildirib:

“Gərginlikdən sonra səhhətimdə problem də yarandı. Həkim məsləhət gördü ki, istirahətə çıxmalıyam. Bu səbəbdən hazırda bülletendəyəm”.

Xatırladaq ki, bundan əvvəl də Aytən Səfərova efirə çıxmaqdan imtina etmişdi. Publika.az-a açıqlama verən A.Səfərova 2 həftəlik həmin fasiləni hamiləliyi ilə əlaqələndirmişdi.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm