Alim Qasımov Malayziyada incəsənət festivalında çıxış edəcək
Bizi izləyin

Magazin1

Alim Qasımov Malayziyada incəsənət festivalında çıxış edəcək

Bu ilin sentyabrında Malayziyada "DiverseCity 2015: Kuala-Lumpur" beynəlxalq incəsənət festivalı keçiriləcək. Festivalın təşkilatçısı olan Malayziyanın "Pusaka" qeyri-hökumət təşkilatıdır.

Mədəniyyət və Turizm Nazirliyindən Publika.az-a verilən məlumata görə, Azərbaycanın Malayziyadakı səfirliyinin "Pusaka" təşkilatı ilə əməkdaşlığı sayəsində dünya şöhrətli muğam ifaçımız, xalq artisti Alim Qasımovun festivalda iştirakı nəzərdə tutulub.

Malayziyanın ingilis dilində nəşr olunan "Star" qəzetində tədbir barədə məqalə dərc olunub. "Mədəni yaxınlaşma" adlı məqalədə qeyd edilir ki, Malayziyanın "Pusaka" şirkəti tərəfindən cari ilin sentyabrında ilk dəfə keçiriləcək bu beynəlxalq festivalda müxtəlif ölkələrdən, o cümlədən Hindistan, Azərbaycan, Tailand, Pakistan, Yaponiya və Koreya Respublikasından rəqs, musiqi, ədəbiyyat, və komediya janrlarında tanınmış sənətkarların iştirakı gözlənilir.

Qeyd olunur ki, azərbaycanlı sənətkar Alim Qasımov festival çərçivəsində pakistanlı qaval ustaları Mehr Əli və Şer Əli ilə muğam və qaval sənətinin birgə improvizasiyasını təqdim edəcək. Məqalənin sonuna Alim və Fərqanə Qasımovların ifasında "Bayatı Şiraz" muğamının videoyazısı da əlavə olunub.

Bundan əlavə, festivalın təşkilatçısı olan Malayziyanın "Pusaka" şirkətinin internet saytında (www.senipusaka.com) muğam ustası Alim Qasımov haqqında xüsusi məlumat yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm