Boşanmış və bir övladı olan Rəşad Afaq Aslanı heç nəsiz aldı - FOTOLAR
Bizi izləyin

Magazin1

Boşanmış və bir övladı olan Rəşad Afaq Aslanı heç nəsiz aldı - FOTOLAR

Həmişə sevgilisi, qalmaqalları ilə gündəmə gələn gənc müğənni Afaq Aslan, nəhayət ki, sevgilisini üzə çıxardıb.

Yayılan xəbərdə Afaq Aslanın adını açıqlamaq istəməyən məmur oğlu ilə dini kəbin kəsdirdiyi bildirilir.

Publika.az-ın əldə etdiyi məlumata görə, məmur oğlu kimi qələmə verilən və adı gizli saxlanılan şəxsin adı Rəşaddır. Atasının adı isə Emindir. Məlum olub ki, həmiş şəxs bir dəfə evli olub və bir övladı var. Afaq Aslanın mətbuat xidməti həmin şəxsi məmur oğlu kimi qələmə versə də, Publika.az onun məmur oğlu olmaması barədə məlumat əldə edib.

Xəbərin dəqiqliyini yoxlamaq üçün Publika.az müğənni Afaq Aslan ilə əlaqə saxlayıb. Müğənni, Rəşad bəy haqqında bizdə məlumatların olmasına çox təəccüblənib: “Onun vaxtilə evli olduğunu və övladının olmasından xəbərdaram”.

Mətbuat xidmətinin yaydığı kəbin kağızından belə aydın olur ki, Rəşad bəy xanımına heç nə vəd etməyib. Kagızda mehir bölməsi boşdur. Dini nikaha daxil olarkən, qaydalara əsasən, bəy xanımına mehir, yəni mal-mülk, qızıl və s. vəd verir.

Qeyd edək ki, müğənninin kəbini 18.06.2015 tarixində kəsilib.

Cütlük qanuni nikaha daxil olmayıb. Lakin Şeyxülislam Hacı Allahşükür Paşazadənin xüsusi tapşırığına əsasən, heç bir axund rəsmi nikahı olmayanlara kəbin kəsə bilməz. Kəbin kağızında “ZAQS” sənədinin nömrəsi üçün yer olsa da, müğənninin kəbin kağızında həmin yer boşdur.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm