Azərbaycan beynəlxalq karikatura müsabiqəsinin münsiflər heyətində təmsil olunub
Bizi izləyin

Magazin1

Azərbaycan beynəlxalq karikatura müsabiqəsinin münsiflər heyətində təmsil olunub

Türkiyədə ənənəvi olaraq keçirilən “Aydın Doğan” Beynəlxalq Karikatura müsabiqəsinə yekun vurulub. Dünyanın 66 ölkəsindən yüzlərlə karikaturaçının qatıldığı bu mötəbər yarışmanın münsiflər heyətinin tərkibində ABŞ, Yaponiya, Tanzaniya, Yunanıstan və Türkiyə ilə yanaşı, Azərbaycandan da tanınmış karikatura ustaları yer alıblar. Ölkəmizi bu beynəlxalq tədbirdə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadə təmsil edib.

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyindən verilən məlumata görə, beynəlxalq tərkibli münsiflər heyətinin qərarı ilə birinci yerə Agim Sulaj (İtaliya), ikinci yerə Mohsen Nouri Nacafi (İran), üçüncü yerə isə Calal Pirmarzabad (İran) layiq görülüblər. Yarışmanın xüsusi mükafatları və fəxri diplomları Mixail Zlatkovskiyə (Rusiya), Didier Pizziyə (Fransa), Frank Hoffmanna (Almaniya) və digərlərinə təqdim olunub.

Tədbirdə Bayram Hacızadə dünyanın ən nüfuzlu beynəlxalq karikatura müsabiqələrindən biri sayılan “Aydın Doğan” yarışmasına uzun illər dəstək olan, karikatura janrının tanınması və təbliği istiqamətində əvəzsiz xidmətlər göstərmiş “Aydın Doğan” fonduna, bu lazımlı işdə əməyi keçən hər bir insana bütün karikaturasevərlər adından minnətdarlığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm