Aparıcı canlı yayımda yıxıldı - FOTOLAR
Bizi izləyin

Magazin1

Aparıcı canlı yayımda yıxıldı - FOTOLAR

Bu gün “Space” telekanalında canlı efirə gedən “Əsl şou” verilişinin aparıcısı Elgün Camal yıxılıb. Publika.az xəbər verir ki, hadisə verilişin qonağı olan Dövlət rəqs ansamblının solisti Aydəmir Aydəmirovun fırlanma hərəkətini təkrarlamaq istəyərkən baş verib. Rəqqas kimi fırlanmaq istəyən teleaparıcının başı gicəllənib.

Studiyada olan qonaqlar dərhal aparıcıya kömək ediblər.

Aparıcı isə özünü itirməyərək “necə etmisiniz, bu studiya və dekorasiyalar fırlanır” deyərək zarafat edib.

Qeyd edək ki, “Əsl şou” verilişi həftə içi 5 gün saat 11:00-da Elgün Camal və Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm