Cazibədar teleaparıcı kövrəldi - FOTOLAR
Bizi izləyin

Magazin1

Cazibədar teleaparıcı kövrəldi - FOTOLAR

Azad Azərbaycan televiziyasını tanınmış aparıcıları Samirə Mustafayeva və Vaqif Aydınoğlu cütlüyü qızı Nuranın ad gününü qeyd ediblər. Publika.az xəbər verir ki, aparıcı şəxsi “İnstagram” bloqunda bu barədə kövrək notlarda status paylaşıb.

Aparıcının statusunu təqdim edirik:

“Mənim gözəl qızım. Nə yaxşı ki varsan. Mənə analıq duyğusunu yaşatdın. Səninlə mən dünyaya yenidən gəldim. Həyatımın yeni səhifəsi başladı. Yalnız sən mənə ürəkdən gülməyi hiss etdirdin. Səninlə mən də böyüdüm. Eyni yaşdayıq sanki... Həyatıma elə doğdun ki, sanki qaranlıq gecəmin səhəri oldun. Xoşbəxt, sağlam, layiqli yaşa! Bütün ümidlərim sənsən. Mənə arzular içində ümid gətirdin. Yaşama səbəbim, varlığım...

Məndən dünyaya necə gəlməyi soruşanda doğrunu danışdım. 9 ayın hər dəqiqəsini... Sənin sevginə böyük ehtiyacım var. Bilirsən niyə? Çünki yalnız səni qısqandım. Sənə canım qurban, əvəzində sevgini əsirgəmə!"

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm