Xalq şairi: “Bunu eləməsəm, səhhətim pisləşə bilər”
Bizi izləyin

Magazin1

Xalq şairi: “Bunu eləməsəm, səhhətim pisləşə bilər”

Xalq şairi Fikrət Qoca səhhətində irəliləyişlər olsa da, hələ də dava-dərmandan yaxa qurtara bilmədiyini deyib.

Publika.az-a açıqlama verən şair bəzən dərman qəbul etməkdən bezdiyini bildirib:

“Həkimlər deyir ki, dərmanları dayandırmaq olmaz, çünki səhhətim pisləşə bilər. Mənim də həyatım dərmanlardan asılıdır deyə məcburam qəbul edim. Yaxşı ki, şeirlərim məni darıxmaqdan xilas edir”.

Xalq şairi oxucularından da danışıb: “Heç vaxt oxucularımdan gileylənməmişəm. Baxmayaraq ki, məni sevənlər də olub, sevməyənlər də. Sevənlərim də mənə əzizdir, sevməyənlərim də. Elə məni yaşadan onlardır”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm