İzzət Bağırov: “Ondan həzz alıram”
Bizi izləyin

Magazin1

İzzət Bağırov: “Ondan həzz alıram”

Müğənni İzzət Bağırov bu gün “Günaydın” verilişinin qonağı olub. İdmana olan marağından danışan sənətçi, həmçinin idmançı dostlarının da çox olduğunu bildirib:

“Bütün idman növlərinə marağım var. Ona görə də, Avropa Oyunlarında olan bütün idman növlərini maraqla izlədim. Bununla yanaşı mənim də hər kəs kimi favoritim olan bir idman növü var. İdmançı dostlarım da çoxdur. Zaur Paşayev ilə ailəvi dostluq edirik. Hər gün zəngləşirik. O da orucdur, mən də. Hətta iftarımızı bir yerdə açırıq. Ötən həftə Macarstanda da birinci oldu. O, cüdo üzrə 3 qat dünya və avropa çempionudur. Rafael Ağayev, Elnur, Elmar hamısı dostlarımdır. İdmançılarla sənətçilər o qədər eyni verilişlərə çıxır ki, artıq çoxu dostlaşıb. Cüdo, karate və boksu daim izləyirəm. Böyük tennisi də sevirəm. Ondan həzz alıram. Bu idman növü ilə kilo da atmaq olur. Avarçəkməni də böyük maraqla izlədim”.

3 oğul atası olan ifaçı oğlunun da idmançı olmaq arzusundan danışıb.

“Oğlum da idmançı olmaq istəyir. Zaur Paşayev bizə tez-tez gəlib gedir. Onda da idmana maraq yaranıb. Əminəm ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi uşaqların da idmana marağını artırıb. Artıq uşaqlar müğənni deyil, idmançı olmaq istəyir”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm