Xalq artisti: “Bu, mənə ayıb olar”
Bizi izləyin

Magazin1

Xalq artisti: “Bu, mənə ayıb olar”

Xalq artisti, tanınmış müğənni Zümrüd Məmmədova efirlərdə az-az görünməsinə aydınlıq gətirib.

Publika.az-a açıqlama verən illərin müğənnisi hər verilişə getmədiyini bildirib: ”Dəvət aldığım verilişlərə gedirəm, amma proqramın formatını da nəzərə alıram. Mənim o yaşım deyil ki, hansısa verilişə gedib kiminsə dalınca danışım, dedi-qodu edim. Məni tanıyan tanıyır, sevənlər sevir. Xalq artistiyəm, illər boyu səhnədə olan müğənniyəm. Qalmaqalla gündəmə gəlmək mənə ayıb olar. Sənətim mənim gündəmimdir”.

Zümrüd Məmmədova qalmaqall gündəmə gələn həmkarlarını da qınayıb: “Müğənni sənət nümayiş etdirməlidir. Qalmaqal ötüb keçəcək, amma sənət qalacaq”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm