• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Mətanətdən “Zeynəb məsələsində” Rəqsanəyə cavab: "Sualıma güldü"

  • Magazin1
  • 23 İyun 2015 17:50
  • 5 383 Baxış
Mətanətdən “Zeynəb məsələsində” Rəqsanəyə cavab: "Sualıma güldü"

Xəbər verildiyi kimi, müğənni Rəqsanə İsmayılovanın ötən həftə ATV telekanalında qonaq olarkən söylədikləri xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın acığına gəlib.

Xatırladaq ki, heç bir fəxri adı olmayan Rəqsanə Z.Xanlarova ilə eyni səhnəni paylaşacağına eyham vurmuşdu.

Xalq artisti Zeynəb Xanlarova Rəqsanənin ortaya atdığı iddia ilə bağlı AzNews.az-a açıqlama verib: “Əvvəla, bütün yaradıcılığı boyu heç kimlə, hətta dünyanın ən ünlü sənətkarları ilə belə səhnə paylaşmayan Zeynəb Xanlarova niyə indi kiminləsə onun öz ansamblı ilə çıxış etməlidir? İkincisi, öz reklamını tanınmışların adı ilə qurub tamaşaçıya yalan söyləmək nə qədər etikdir? Bu yağışdan sonra göbələk kimi artan şou müğənniləri hansı kimyəvi gübrələrlə yetişdirilirlər ki, belə məsuliyyətsizcəsinə tamaşaçını, xalqı aldadırlar, rahat bir şəkildə onlara yalan danışırlar? Bununla da xalqın hissləri ilə oynadıqlarını, onları təhqir etdiklərini anlamırlarmı? Bu, nə geri zəkalılıqdır? Axı onlar bu xalqın çörəyini yeyir, bu xalqın içində yaşayır. Xalqı neçə aldatmaq, necə ona yalan danışmaq olar. Mən bunu anlaya bilmirəm?”

Rəqsanə isə bu məsələdə teleaparıcı Mətanət Əliverdiyevanı günahkar bilib.

Qeyd edək ki, Rəqsanə veriliş zamanı konkret ad çəkməyib. Amma aparıcının səhnəni paylaşacağı şəxsin Zeynəb Xanlarova olması ilə bağlı eyhamına da sükutla yanaşıb. Bununla da söz-söhbətə şərait yanaşmaqla yanaşı, bütün məsuliyyəti də verilişin aparıcısı Mətanət Əliverdiyevanın üzərinə atıb.

Məsələ ilə əlaqədar Publika.az Mətanət Əliverdiyeva ilə əlaqə saxlayıb:

“Orada elə olmayıb. Rəqsanə bildirdi ki, səhnəni paylaşacağı şəxs dünya şöhrətli sənətkardır, uşaqlıqdan onun mahnılarını dinləyir. Mən özüm də Zeynəb Xanlarovanı o qədər sevirəm ki, soruşdum ki, “bu, Zeynəb Xanlarovadır?” Çünki mən Zeynəb xanım kimi ikinci bir ifaçı görmürəm. O, canlı əfsanədir. Bu fikirləri verilişdə də əlavə etdim. O da güldü. Nə hə, nə də yox dedi. Mənim dediyimi təkzib etmədi. Elə deyildisə, deyərdi ki, yox, başqa adamdır. Başqa adam yoxdur axı, dünya şöhrətli. Dünya şöhrətli Alim Qasımovdur. Rəqsanə də Alim Qasımovun mahnılarını uşaqlıqdan dinləyə bilməz. Biz uşaqlıqdan Zeynəb xanım, Rəşid Behbutov, Şövkət xanıma qulaq asmışıq. Zeynəb xanımın da adı mənim içimdən gəldi. Hətta Rəqsanədən xahiş etdim ki, belə bir konsert olsa, məni də o konsertə dəvət et. Vəssalam”.

Rəşad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR