• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Elzanın geyimi yenə diqqət mərkəzində - FOTOLAR

  • Magazin1
  • 24 İyun 2015 10:30
  • 1 534 Baxış
Elzanın geyimi yenə diqqət mərkəzində - FOTOLAR

Əməkdar artist Elza Seyidcahan müzakirə olunmağa, hər yerdə maraq obyekti olmağa alışıb. Müğənni xanımın bundan zövq aldığını də deyə bilərik.

“Azərbaycanın səsi” musiqi yarışmasında münsif kürsüsündə əyləşən ekstravaqant müğənnimizin bu dəfəki geyimi də marağa səbəb olub.

Belə ki, ifaçı 1829-cu ildə İngiltərədə məşhurlaşan krinolin geyinib. Bu geyim ətəyin altından geyinilir ki, ətək qabarıq formada görünsün.

Dəbin inkişafı krinolinin qadınların qarderobundan çıxmasına səbəb olub. Hətta qabarıq ətəklər məsxərə mövzusu olub.

Ümid edək ki, onun bu geyimi artıq heç bir həmkarını qıcıqlandırmayacaq.

Xatırladaq ki, ötən həftə başında məşəl ilə səhnəyə çıxması xalq artisti İlhamə Quliyevanın xoşuna gəlməmişdi və xalq artisti həmkarını müqəddəs məşələ hörmətsizlikdə ittiham etmişdir.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR