Dövlət Kukla Teatrında premyera
Bizi izləyin

Magazin1

Dövlət Kukla Teatrında premyera

İyunun 26-da Mədəniyyət və Turizm Nazirliynin dəstəyi ilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında balacaların sevimli nağıl qəhrəmanı “Çəkməli pişik” tamaşasının premyerası olacaq.

Nazirlikdən Publika.az-a bildirilib ki, fransız şairi Şarl Perronun dünya uşaq ədəbiyyatının ən məşhur nümunələrindən olan bu əsərin rejissoru Anar Məmmədovdur.

Tamaşaya yeni obrazlar və mətnlər də əlavə edən rejissor, əsəri müasir uşaqların anlaya biləcəyi tərzdə təqdim etməyə çalışıb.

Lovğalıq, xudpəsəndlik kimi mənfi xüsusiyyətlərin qəhrəmanların dilindən tənqid olunduğu birhissəli tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.

Rolları əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Tamilla Bünyatova, Rəhim Rəhimov, Cavid Telman və başqaları ifa edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm