Xoşqədəm Hidayətqızıdan həmkarına ailəsi ilə bağlı İTTİHAM
Bizi izləyin

Magazin1

Xoşqədəm Hidayətqızıdan həmkarına ailəsi ilə bağlı İTTİHAM

ANS-in aparıcısı Xoşqədəm Hidayətqızı özünün “İnstagram” səhifəsində keçmiş iş yoldaşına ismarış yollayıb.

Publika.az xəbər verir ki, aparıcı həmkarının adını açıqlamasa da, dostlarını həmin adamla diqqətli olmağa səsləyib.

“Dünən bir nəfər deyir ki, keçmiş iş yoldaşın əvvəl işlədiyin TV ilə bağlı mənfi yazı gedən kimi qaçır rəhbərliyin yanına. Deyir ki, araşdırın, bunu Xoşqədəm yazdırır. Bilmirəm rəhbərlik buna inanır, ya yox? Ancaq məni tanıyan yaxşı bilir ki, Allahdan başqa heç kimdən qorxum yoxdur. Kiməsə nəyisə yazdırmağa da ehtiyac duymuram, sözüm olanda üzünə deyirəm. Üzə gülüb, pambıqla baş kəsmək mənlik deyil.

O adama bircə sözüm var! Kimin tərəfindən kimin yazı yazdırdığını araşdırmaqdansa, ailənə nəzarəti gücləndir. Hara gedir, hardan gəlir, sahib olduqlarını necə əldə edir? Kömək lazımdırsa, mən də kömək edim. İnan ki, buna çox ehtiyac var. Olmasa, məsləhət görməzdim. Və dostlarımdan xahişim. Bu adam arxa planda at oynadanlardandır. Düzdür, efirdədir, amma tanıyan yoxdur. Aranızda sorğu keçirsəniz, onu tanımayacaqsınız, ona görə də xahiş edirəm, adını çəkməyin”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm