Sevinc onu ələ salan həmkarına belə cavab verdi
Bizi izləyin

Magazin1

Sevinc onu ələ salan həmkarına belə cavab verdi

“Əsl şou” verilişində iki müğənni Sevinc Ağaşirinova və Əkbər Əliyev arasında fikir ayrılığı yaşanıb. Əkbər idman zalına gedib şəkil çəkdirib, həmin şəkilləri sosial şəbəkədə paylaşan həmkarını məsxərəyə qoyub.

“Avropa Oyunları başlayandan bütün sənətçilərimiz idman zalındadır. Kənardan bu, çox gülməli görünür. Özü də idman etmirlər. Gedib şəkil çəkdirirlər. Mən də idmana gedirəm. İndiyədək bir dəfə də olsun idman zalında şəkil çəkdirib paylaşmamışam. Hər gün idman zalından şəkil paylaşırlar. Elə Sevinc də hərdən belə şeylər edir”.

Əkbərin bu sözləri Sevinc Ağaşirinovanın ürəyincə olmayıb.

“Mən elə indi də edirəm. Mən xanımlarda idmana həvəs oyatmaq istəyirəm. Bu, idmana çağırışdır. Mən idman etməklə 20 kq çəki atmışam. Arıqlamağımla da bir çoxunda idmana maraq yaratmışam”.

Qeyd edək ki, “Əsl şou” verilişi həftə içi 5 gün saat 11:00-da Elgün Camal və Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm