• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Xatun: “Yaxşı ki, vaxtında ailə qurmuşam, indi müğənniləri kim alır?!”

  • Magazin1
  • 25 İyun 2015 17:45
  • 857 Baxış
Xatun: “Yaxşı ki, vaxtında ailə qurmuşam, indi müğənniləri kim alır?!”

“Günaydın” verilişində qonaq olan müğənni Xatun Əliyeva Azərbaycanda keçirilən İlk Avropa Oyunlarının mərasimini izləyəndə sevincdən göz yaşlarına hakim ola bilməyib.

“İlk Avropa Oyunlarının açılışı zamanı səhhətimlə əlaqədar Gürcüstanda idim. Rusiya telekanalında açılışı izləyirdim. Çox qürurlandım, gözümdən yaş axırdı. Oradan isə Kislovodska getdim. Orada yəhudi ailənin qonağı oldum. Evinin 4 divarını Azərbaycandan olan fotolar bəzəmişdi”.

Bir oğul anası olan ifaçı oğlunun da idmana olan marağından danışıb.

“Birinci kursu bitirən oğlum var. 18 yaşı var. Oğlum mənə deyir ki, kik-boksla məşğul olmaq istəyirəm. İdmanla peşəkar məşğul olmasa da, bədən quruluşuna görə məşğul olur. Səkkizinci sinifdə oxuyanda isə cüdo ilə məşğul olub. Özü də mənə deyir ki, mən özümü qorumaq üçün idmanla məşğul olmaq istəyirəm. Yaxşı ki, ağlım olub vaxtında ailə qurmuşam. Yoxsa indi müğənniləri kimdir alır?!”

İfaçı düzgün tərbiyənin vacibliyini də vurğulayıb.

“Oğlan uşağını ürəkli böyütmək lazımdır. Mən özüm ürəkli insanam. İdmançı ola bilərsən, amma vuran ürəyin olmaya bilər. Musiqidə də bu belədir. Deyirlər oxuyanda ürək qoymaq lazımdır. Səsin balaca da ola bilər”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR