Elariz Məmmədoğludan onu parodiya edənlərə ismarış
Bizi izləyin

Magazin1

Elariz Məmmədoğludan onu parodiya edənlərə ismarış

Müğənni Elariz Məmmədoğlu dəfələrlə etiraz etməsinə baxmayaraq, bəzi həmkarlarının onu hələ də parodiya etdiklərini deyib.

Publika.az-a danışan sənətçi artıq yorulduğunu və bir də elə insanlara əhəmiyyət verməyəcəyini bildirib: “Hər dəfə mən etirazımı bildirirəm, həmin müğənnilər də məni parodiya etməkdə davam edir. Əlbəttə söhbət Xatundan gedir. Artıq yorulmuşam və heç kimə heç nə demək fikrim yoxdur. Hesab edirəm ki, bu işlə peşəkar parodiyaçılar məşğul olmalıdır. Bu yaxınlarda Müşfiq Şahverdiyev də məni parodiya etdi, bir söz demədim. Çünki aktyordur və bu işi bacarır”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm