Fikrət Qoca gileyləndi: “Polad Bülbüloğlu Rusiyada...”
Bizi izləyin

Magazin1

Fikrət Qoca gileyləndi: “Polad Bülbüloğlu Rusiyada...”

Xalq şairi Fikrət Qocanın yeni işıq üzü görən oncildliyinin 7-si artıq hazırdır. Külliyyatın7-ci cildi bütünlüklə şairin sözlərinə bəstələnmiş mahnıların mətnlərindən ibarətdir.

Publika.az-a açıqlama verən şair şeirlərinə bəstənmiş mahnılarından danışıb: “Bir vaxtlar Azərbaycanın ən gözəl bəstəkarları mənim şeirlərimə mahnılar bəstələyib. Son vaxtlar bəstəkarların sayı çoxalıb, amma yaxşı mahnıların sayı azdır. Buna görə də şeirlərimə hər bəstəkarın mahnı bəstələməsini istəmirəm. Dostum Polad Bülbüloğlu Rusiyada yaşayır, Ramiz Mirişli dünyasını dəyişib. Onların bəstələdikləri mahnılar bu gün də dillər əzbəridir. Həmin mahnıların mətnləri külliyatımın 7-ci cildində yer alıb”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm