İzzət onu seçdi: “Özünə hələ deməmişəm”
Bizi izləyin

Magazin1

İzzət onu seçdi: “Özünə hələ deməmişəm”

Əməkdar artist İzzət Bağırzadə yenidən özünü aktyor və ssenarist kimi sınayacaq.

Müğənni Publika.az-a açıqlama verərək ikinci filmini ekranlaşdıracağını deyib. Növbəti filminin ssenarisni özü yazan İzzət aktyor seçimini də edib:

“Hələ ki, solo-konsertə hazırlaşıram. Yəqin ki, konsertdən sonra filmin çəkilişlərinə başlayacağıq. Ssenarini artıq yazıb tamamlamışam. Rollara gəlincə, həmişə sevdiyim aktyorlardan biri olan xalq artisti Nurəddin Mehdixanlını filmimdə görmək arzusunda olmuşam. Özünə hələ deməmişəm, yəqin ki, çəkiliş ərəfəsində deyəcəyəm”.

Xatırladaq ki, İzzətin “Ayrılıq imiş” adlı ilk filmi sevgi mövzusuna həsr olunub və İzzətin tərəf müqabili əməkdar artist Mehriban Xanlarovadır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm