Emin Ağalarovun Bakı konsertinin sürpriz qonağı kim idi? - FOTOLAR
Bizi izləyin

Magazin1

Emin Ağalarovun Bakı konsertinin sürpriz qonağı kim idi? - FOTOLAR

Müğənni-bəstəkar Emin Ağalarov ənənəvi yay konsertini Bakıda reallaşdırdı. Publika.az-ın konsertdə iştirak edən əməkdaşı xəbər verir ki, konsertə gələnlərin ardı-arası kəsilmir. Sıravi vətəndaşlarla yanaşı, bir sıra xarici və yerli məşhurlar, İlk Avropa Oyunlarının medalçıları da Eminin və Qriqoriy Lepsin konsertini izləməyə gələnlər sırasında olub.

Konsertin açılışını müğənni özü edib. Hər kəsi salamlayan Emin Lepsi dünya miqyaslı ifaçı adlandırıb.

“Bir azdan səhnəyə möhtəşəm, dünya miqyasında 1 nömrəli artist olan Qriqoriy Viktoroviç Leps çıxacaq”.

Solo mahnılarını ifa edən Emin, daha sonra səhnəyə Qriqoriy Lepsi dəvət edib. Cütlük “Я уеду жить в Лондон” mahnısını birlikdə ifa ediblər.

Gecənin əsas sürpriz qonağı isə Rusiya şou biznesinin ən çox sevilən müğənnilərindən biri olan Slavanın səhnəyə çıxması olub.

Qeyd edək ki, konsertdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva da iştirak edib.

Anşlaqla keçən konserti izləyənlər sırasında Rusiyanın əməkdar artist Anita Tsoy, müğənni Xəyyam Nisanov, “Mauquli” ləqəbli kikboksçu Zabit Səmədov, Azərbaycana qızıl medal qazandıran Ayxan Mamayev, Niyazi Əliyev, gümüş medal sahibəsi Durunda Marina və digərləri olub.

Konsertin sonunda atəşfəşanlıq olub.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm