Millət vəkilimiz ad günündə bu mahnını oxudu - VİDEO/FOTOLAR
Bizi izləyin

Magazin1

Millət vəkilimiz ad günündə bu mahnını oxudu - VİDEO/FOTOLAR

Millət vəkili Ziyad Səmədzadənin 75 yaşı tamam olub. O, öncə ad gününü ailə üzvləri ilə birlikdə bağ evində qeyd edib. Onun ad günündə məşhur simalardan qızı bəstəkar Aygün Səmədzadə, əməkdar artist Lalə Məmmədova və şoumen Murad Arif də iştirak edib.

Publika.az xəbər verir ki, səhəri gün Ziyad Səmədzadə elit məkanlardan birində yaxın dostları və ailə üzvləri ilə birlikdə yubiley tədbirini davam etdirib. Səmimi ortamda Ziyad Səmədzadə mikrofonu əlinə alaraq “Laçın” mahnısını ifa edib.

Gecədə xalq artist Brilliant Dadaşova da iştirak edib.

Publika.az millət vəkilinin ad günündən özəl fotoları və videonu təqdim edir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm