Meyxanaçılar arasında “razborka”: əlbəyaxa dava düşdü - QARŞIDURMA
Bizi izləyin

Magazin1

Meyxanaçılar arasında “razborka”: əlbəyaxa dava düşdü - QARŞIDURMA

Tanınmış meyxanaçı Pərviz Bülbülə ilə həmkarı Namiq Məna arasında insident yaşanıb. Sənət mübahisəsi nəticəsində yaranan qalmaqal getdikcə tərəflər arasında münaqişənin dərinləşməsinə gətirib çıxarıb. Bu münaqişəyə son qoymaq üçün Pərviz Bülbülə ilə efirdə görüşmək istəyən Namiq Mənanın cəhdləri boşa çıxıb. Pərviz verilişdə onu pərt edərək yanına qoymayıb. Həmkarının bu hərəkəti Namiq Mənanı özündən çıxarıb.

Publika.az-ın xəbər verir ki, bütün bunlar Space” televiziyasının efirində “Gör, kim gəldi” verilişində baş verib.

Əldə etdiyimiz məlumata görə, verilişdən sonra tərəflər arasında qalmaqal yaşanıb. Hətta əlbəyaxa dava həddinə çatan “razborka”nı güclə sakitləşdiriblər.

Tanınmış jurnalist Tahirə Məmmədqızının təqdimatında yayımlanan verilişin ideya müəllifi “Space” televiziyasının prezidenti Vaqif Mustafayev, rejissoru Xamis Xanlaroğlu, operatoru Pərvizdir.

Verilişin informasiya dəstəyi Publika.az saytıdır.

Veriliş hər həftənin cümə günü axşam saat 21.45-də, təkrarı bazar günü saat 14.15-də yayımlanır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm