Magazin1
Elnur Hüseynovdan cinsi azlıqlara dəstək gəldi - FOTO
“O səs Türkiyə”nin qalibi, Azərbaycanı 2 dəfə “Eurovision” musiqi yarışmasında təmsil edən Elnur Hüseynovdan cinsi azlıqlara dəstək gəlib.
ABŞ-da cinsi azlıqların nikahına icazə verən qanunun qəbul edilməsindən sonra, əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu məsələ gündəmə gəlib. Sosial şəbəkə iştifadəçiləri qanuna birmənalı reaksiya göstərməyib. Bəziləri bunun əleyhinə olsa da, bəziləri sosial şəbəkədəki profil şəkillərini cinsi azlıqların rəmzi olan 7 rəngli bayraq şəkli ilə əvəzləyərək, onlara dəstək nümayiş etdirib.
“O səs Türkiyə”nin qalibi, Azərbaycanı 2 dəfə “Eurovision” musiqi yarışmasında təmsil edən Elnur Hüseynov da cinsi azlıqlara dəstək olanların cərgəsində dayanıb. Belə ki, Elnur da “facebook”da profil şəklini 7 rəngli bayraq şəkli ilə əvəzləyib.
İfaçının şəklininin altında da qızğın müzakirələr gedib. Bəziləri onun bu addımını alqışlasa da, onu qınayanlar da tapılıb.
Ramal adlı istifadəçi “Gərək var idimi buna?” yazıbsa, müğənninin Türkiyədən olan pərəstişkarı “Sən nə etdin, Elnur? Türkiyədə homofob insan çoxluq təşkil edir” sözlərini yazıb.
İsa Şükürov
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO