Kərim: “Məni sevməyənlərdən adam olmayacaq”
Bizi izləyin

Magazin1

Kərim: “Məni sevməyənlərdən adam olmayacaq”

Qalmaqalları ilə gündəmdə qalmağı bacaran müğənni Kərim Abbasov bu haqda mahnı oxumaq qərarına gəlib.

“Aygün Kazımova “Səndən adam olmayacaq” adlı mahnı ifa edib. Onun ifa etdiyi mahnı estrada janrındadır. Mənim ifa etdiyim mahnı isə 6/8 ritmdə olacaq. Mənim ifa etdiyim mahnı ismarışdır. Həmin insanlardan adam olmayacaq. Mahnımın adı isə belədir “Səndən heç vaxt adam olmayacaq”.

İfaçı həmçinin xalq artisti Aygün Kazımova ilə dostluq münasibətindən də danışıb.

“Az müddətdə özümə çox böyük dost qazandım. Bu qadının paxıllığı yoxdur. Onun çox böyük ürəyi, jestləri və şousu var. Ondan çox insanlar öyrənməlidir. O, bir kitabdır. Oxuyur qurtarmır. Necə ki, Kazımova ilə bacarmırlar, mənimlə də bacarmayacaqlar”.

ATV telekanalına açıqlama verən ifaçı Aygün xanımla duet ifa etməyə də hazırlaşdığını da dilə gətirib.

“İnanıram ki, Aygün Kazımova ilə duetim olacaq. Musiqisi və sözləri mənə məxsus olacaq. Mən onun xarici və qəlb gözəlliyindən oxumaq istəyirəm. Hələ onun gözəlliyindən oxuyan olmayıb”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm