Rusiyalı müğənnilər Bakını cənnət adlandırıb - FOTOLAR
Bizi izləyin

Magazin1

Rusiyalı müğənnilər Bakını cənnət adlandırıb - FOTOLAR

Müğənni-bəstəkar Eminin Qriqoriy Lepsinlə birgə keçirdiyi Bakı konserti bir sıra sürpriz qonaqlarla yadda qalıb. Publika.az xəbər verir ki, qonaqlar arasında Rusiyanın ən məşhur müğənnilərindən biri Slava və rusiyalı prodüser Artyom Sorokin də olub.

Paytaxtımızda cəmi bir gün olmalarına baxmayaraq, məşhur cütlük şəhərimizi gəzməyə və sosial şəbəkədə izləyiciləri ilə şəkil paylaşmağa da vaxt tapıb. Məsələn, “Azneft dairəsi” kimi tanınan ərazidə şəkil çəkdirən ifaçı fotoya belə bir şərh əlavə edib:

“Bakı – inanılmaz gözəl şəhər. Cənnətdə bir gün keçirdik”.

Daha sonra dənizkənarı və İçərişəhər qoruğunda olan cütlük Azərbaycan milli papaqlarını geyinib “selfie” də çəkdirib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm