Avropa Oyunlarına həsr olunan yeni kompozisiya
Bizi izləyin

Magazin1

Avropa Oyunlarına həsr olunan yeni kompozisiya

Azərbaycanın tanınmış xanım bəstəkarı Sevinc Tofiqqızı paytaxtımızda keçirilən ilk Avropa Oyunlarına kompozisiya həsr edib.

Xanım bəstəkar “Eşq olsun Azərbaycan” adlı kompozisiyasına video rolik çəkdirib.

Publika.az-ın məlumatına görə, S. Tofiqqızı Avropa oyunlarına həsr etdiyi kompozisiyasına çəkdiyi klipini Bakıdakı “Villa Art” qalereyasında əməkdar rəssam Əşrəf Heybətovun “Şəhər və insanlar” adlı fərdi sərgisinin açılışı günü təqdim edib.

“Arts Council Azerbaijan”ın təşkilatçılığı və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının dəstəyi ilə reallaşan sərginin açılış günündə təqdim olunan klip gələn qonaqlar tərəfindən maraqla qarşılanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm