"Hamlet"lə "Dejavü" Dövlət Pantomim Teatrının səhnəsində
Bizi izləyin

Magazin1

"Hamlet"lə "Dejavü" Dövlət Pantomim Teatrının səhnəsində

Dünya şöhrətli dramaturq Uilyam Şeksprin "Hamlet" əsəri iyulun10-da Dövlət Pantomim Teatrının səhnəsində nümayiş olunacaq.Tamaşanın quruluşçu rejissoru, xalq artisti Bəxtiyar Xanızadədir.

Teatrın mətbuat xidmətindən Publika.az-a bildirilib ki, səhnə əsərində Hamlet rolunu əməkdar artist Azər Axşam, digər rolları isə aktyorlar Bəhruz Əhmədli, Elman Rəfiyev, Solmaz Bədəlova və Əli Əlizadə oynayacaqlar.

Yeri gəlmişkən, Dövlət Pantomim Teatrının səhnəsində "Dejavü" adlı tamaşanın premyerası keçiriləcək.

Tamaşanın müəllifləri Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir.Nümayişi iyulda nəzərdə tutulan tamaşanın əsas mövzusu kişi və qadındır.

"Dejavü" tamaşasının müəllifləri nəinki səhnə əsərini yazıblar, onlar həm tamaşaya quruluş verir, həm də rolları ifa edəcəklər. İkinəfərlik tamaşanın musiqi tərtibatçısı isə E.Rəfiyevdir.

Nümayişi iyulda nəzərdə tutulan tamaşanın əsas mövzusu kişi və qadındır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm