• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İdmançılarımıza həsr olunan ilk klip: “Yaşa, var ol, çempion” - VİDEO/FOTOLAR

  • Magazin1
  • 30 İyun 2015 10:15
  • 1 568 Baxış
İdmançılarımıza həsr olunan ilk klip: “Yaşa, var ol, çempion” - VİDEO/FOTOLAR

Müğənni Roza Zərgərli Azərbaycanda keçirilən İlk Avropa Oyunlarına həsr olunan “Yaşa, var ol, çempion” adlı mahnısına həsr olunan klipinə təqdimat mərasimi keçirib.

Təqdimatda jurnalistlərlə yanaşı, İlk Avropa Oyunlarında medal qazanan idmançılarımız və müğənninin sənətçi yoldaşları da iştirak edib.

Tədbirin aparıcısı məşhur teleaparıcı Zabir Əliyev idi. Açılış nitqi ilə çıxış edib, hər kəsi salamlayan aparıcı ilk öncə hər kəsi klipi izləməyə dəvət etdi.

Klipi izlədikdən sonra müğənni Roza Zərgərli çox həyəcanlı olduğunu dilə gətirdi:

“Amma bu, ayrı həyəcandır. Mütəmadi olaraq jurnalistlərlə görüşürəm. Bu gün təqdim etdiyim işdə isə tək öz adım deyil, Azərbaycan bayrağını yüksəyə qaldıran idmançılarımızın da adı var. Bu səbəbdən iki qat həyəcanlıyam. İnanıram ki, gördüyümüz iş hər kəsin ürəyincə olacaq. Klipdə rol alan və rol almayan bütün idmançılarımızın qarşısında baş əyirəm. Çox sağolun!”.

Ardınca idmançıların şərəfinə tort da kəsildi.

Daha sonra tədbirin aparıcısı bir-bir bütün qonaqlara yaxınlaşaraq hər kəsin ürək sözlərinin söyləməsinə şərait yaratdı. İlk danışan isə xalq artisti Canəli Əkbərov oldu. O, belə bir ideyanın reallaşmasında səbəbkara təşəkkür etdi.

“İdmançılarımızın uğurunu hərə bir cür yaşayır. Kimi sadəcə sevinir, kimisi isə sevincini əməli işlə sübut edir. Roza, sən bu sevinci əməli işinlə sübut etdin. Hər birimiz fəxr edirik ki, Azərbaycanın belə igid oğul və qızları var”.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra isə distoteka təşkil olundu.

Xatırladaq ki, “Yaşa, var ol, çempion” çempion klipi “Ben” prodakşının məhsuludur. Layihənin direktoru Humay Muxtarova, redaktoru Zabir Əliyev, prodüseri Səmayə Tağıyevadır.

Mahnının sözləri Zabir Əliyevə, musiqisi isə Sahil Əliyevə məxsusdur.

İsa Şükürov

Fotoqraf Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR