Günay Musayeva Türkiyə vətəndaşı oldu
Bizi izləyin

Magazin1

Günay Musayeva Türkiyə vətəndaşı oldu

2011-ci ilin avqust ayında aktyor Tolqa Karellə ailə quran və bir il sonra oğlu Cihangir Canı dünyaya gətirən azərbaycanlı model Günay Musayeva artıq rəsmi şəkildə Türkiyə vətəndaşı olub.

Deyilənə görə, Günay Musayeva Türkiyə vətəndaşı olmağı uzun müddət gözləməli olub. Bu ilin yanvarında həyat yoldaşı Tolqa Kareldən boşanmaq üçün məhkəməyə müraciət etməsi bu prosesi uzadıb.

Xatırladaq ki, 403 Saylı Türk Vətəndaşlığı Qanununa görə, evlilik səbəbi ilə Türkiyə vətəndaşı olmaq üçün ən az 3 il evli olmaq, məcburi səbəb yaranmadığı halda bir yerdə yaşamaq, milli təhlükəsizlik və əxlaq baxımından düzgün olmaq və kifayət qədər türkcə bilmək lazımdır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm