Xanımı Ramiz Əzizbəylinin səhhətindən danışdı: “İrəliləyiş yoxdur”
Bizi izləyin

Magazin1

Xanımı Ramiz Əzizbəylinin səhhətindən danışdı: “İrəliləyiş yoxdur”

Xalq artisti, tanınmış aktyor və rejissor Ramiz Əzizbəylinin səhhətindəki problemlər hələ də aradan qalxmayıb.

Bu barədə Publika.az-a sənətkarın həyat yoldaşı Zümrüd Əzizbəyli məlumat verib: “Ramizin müalicəsi ev şəraitində, həkim nəzarəti altında davam edir. Havaların isti keçməsi onun səhhətinə mənfi təsir göstərir. Özü də iş fəaliyyəti bərpa olunmadığı üçün çox əziyyət çəkir. Yaradıcı adamın işdən ayrılması çox çətindir. Amma sağlıq durumunda irəliləyiş olmadığından yaradıcılıq fəaliyyətini bərpa edə bilmir. Bu xəstəlik elədir ki, müalicəsi uzun müddət tələb edir”.

Aktyorun xanımı onu da bildirib ki, sənət dostları vaxtaşırı Ramiz Əzizbəyliyə zəng edərək hal-əhval tutur: “Dostları sağ olsun, Ramizi unutmurlar, tez-tez əhvalını soruşurlar. Ramiz tam sağalmadığı üçün özünü çox darıxdırır”.

Qeyd edək ki, xalq artisti insult xəstəliyindən əziyyət çəkir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm