Rəqsanənin qızı həyatın qısalığından gileyləndi
Bizi izləyin

Magazin1

Rəqsanənin qızı həyatın qısalığından gileyləndi

Müğənni Rəqsanə İsmayılovanın böyük qızı Aysun sosial şəbəkədə məşhurluqda anasından geri qalmır. Onun paylaşdığı şəkil və fikirlər müzakirələrə səbəb olur. Publika.az xəbər verir ki, ötən gün bir neçə şəkil paylaşan Aysun müğənnilik fəaliyyətindən və həyatın qısalığından yazıb.

“Həyatda hər şey boşdur. İstədiyin kimi yaşa. Necə xoşbəxtsənsə, elə yaşa. Bu həyat müvəqqətidir. Əbədi dünya o biri dünyadır. O biri dünyada heç kəsə yox, Allahına cavab verəcəksən. Amma elə yaşa ki, cəhənnəmin yox, cənnətin qapısı üzünə açılsın”.

Daha sonra isə Aysun keçmiş “Aşıqlar” qrupunun solisti, musiqiçi Elxan Şıxəliyev ilə fotosunu paylaşaraq yeni mahnı yazdırdığına eyham vurub.

“Ya habibi” mahnısından son ra, yeni mahnı gəlir. Tezliklə…”

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm