Ulduz elçilər mükafatlandırıldı – FOTOLAR
Bizi izləyin

Magazin1

Ulduz elçilər mükafatlandırıldı – FOTOLAR

Bu gün İlk Avropa Oyunlarının ulduz səfirləri gördükləri məsuliyyətli işi layiqincə yerinə yetirdiklərinə görə mükafatlandırılıblar. Publika.az-ın tədbirdə iştirak edən əməkdaşı xəbər verir ki, təltifetmə mərasimində çıxış edən “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq ulduz elçilərə təşəkkür edib və gərgin iş cədvəlində “Bakı 2015”ə vaxt ayırdıqları üçün onlara minnətdarlığını bildirib.

“Siz öz üzərinizə düşən öhdəlikləri layiqincə yerinə yetirdiniz. Məşəlin Atəşgah məbədindən başlayan Azərbaycan gəzintisində ulduz elçilərin böyük rolu olub. Onların fəaliyyəti nəticəsində Məşəlin səyahəti daha çox insan tərəfindən izlənilib. Sonda hər birinizə I Avropa Oyunlarına verdiyiniz töhfəyə görə təşəkkür edirəm”.

Saymon Kleqdən sonra “Bakı 2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov da ulduz elçilərə təşəkkür edib. O bildirib ki, ulduz elçilərin seçilməsinə diqqətlə yanaşılıb. Həmin məşhurların adları təqdim olunarkən ilk sual “Niyə məhz o?” verilib.

“Bu suala cavab vermək üçün onların fəaliyyəti və fanatlarının çoxluğu da nəzərə alınıb. Ona görə bu işdə sizə dəstək olan fanatlarınıza da təşəkkür düşür”.

Təltifetmə mərasimində iştirak edən İlk Avropa Oyunlarının ulduz səfirlərindən Azər Qərib, Nuran Hacıyev, İlkin Həsənli, Nigar Camal, Tünzalə Ağayeva, Miri Yusif, DJ Şok, Tahir İmanov, Cabir İmanov Oyunlar zamanı fəaliyyətlərinə görə mükafata layiq görülüb.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm