Azərbaycanın tanınmış caz pianoçusu ölkəmizi beynəlxalq festivalda təmsil edəcək
Bizi izləyin

Magazin1

Azərbaycanın tanınmış caz pianoçusu ölkəmizi beynəlxalq festivalda təmsil edəcək

İyulun 8-dən 12-dək Polşanın Lublin şəhərində "Different Sounds Art'n'Music" Beynəlxalq musiqi festivalı keçiriləcək.

Azərbaycanın tanınmış caz pianoçusu Elçin Şirinov da festival iştirakçıları arasındadır. O, Polşanın məşhur caz ifaçılarından olan Qjeqoj Karnas ilə eyni səhnəni bölüşəcək. Elçin Şirinovun orijinal ifası və Karnasın vokal istedadı caz həvəskarları üçün əsl bayram olacaq.

Elçin Şirinov bildirib ki, festivalda dünyanın 13 ölkəsindən 20-ə yaxın ifaçının iştirakı gözlənilir. Onun sözlərinə görə Azərbaycan və Polşa musiqiçilərinin birgə çıxışı hər iki ölkə mədəniyyətinin inkişafına öz töhfəsini verəcək.

Qeyd edək ki, uşaq yaşlarından caz musiqisinə böyük həvəs göstərən Elçin Şirinov hazırda Bakı Caz Mərkəzində çalışır. O, ölkəmizi bir sıra beynəlxalq festivallarda uğurla təmsil edib və bu ənənəni bu gün də davam etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm