Fikrət Qoca: “Avropa Oyunları Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu daha da artırdı”
Bizi izləyin

Magazin1

Fikrət Qoca: “Avropa Oyunları Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu daha da artırdı”

Xalq şairi Fikrət Qoca Azərbaycanda keçirilən “Bakı 2015” Birinci Avropa Oyunlarının ölkəmiz üçün tarixi hadisə sayıldığını deyib.

Təəssüratlarını Publika.az-la bölüşən şair bu tarixi hadisənin zaman-zaman unuldulmayacağını deyib: “Dünyada bir ilk olan möhtəşəm hadisənin ilk dəfə ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu daha da artırdı. Dünyanın 50-dən artıq ölkəsinin bayrağının Azərbaycanda dalğalanması qürurverici bir hadisədir. Bu hadisə hələ zaman-zaman danışılacaq, tarixə qızıl hərflərlə həkk olunacaq. Ölkə başçımız İlham Əliyev və onun xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Azərbaycanın dünyada nüfuz və qüdrətinin daha da möhkəmlənməsi üçün tarixi hadisəyə imza atdı. Onlar bir daha sübut etdilər ki, Azərbaycan qüdrətli dövlətdir və bunu da bacardıq”.

Xalq şairi onu da bildirib ki, bu möhtəşəm tarixi hadisə insanları bir-birinə daha da yaxınlaşdırıb:

“Azərbaycan xalqı sözün əsl mənasında bu tarixi hadisənin dadını çıxardı. Xalqımız prezidentimizin ətrafında daha da sıx birləşdi, birlik, əzəmət nümayiş etdirdi. Dünyanın əksər ölkələrindən Azərbaycana gələn idmançılar, jurnalistlər, turistlər Azərbaycanı daha yaxından tanıdılar, ölkəmizə valeh oldular. Onlar xalqımızın nə qədər sülhsevər, mehriban, mədəni bir xalq olduğunu öz gözləri ilə gördülər. Mən televiziya vasitəsi ilə bu oyunları izlədim, medalçılarımızın uğurlarını sevinc göz yaşları ilə seyr etdim. Bu tarixi anların təəssüratı yəqin ki, uzun müddət məni tərk etməyəcək. Bu xoşbəxtliyi xalqımıza yaşatdığı üçün cənab prezidentimizə və onun xanımı Mehriban Əliyevaya dərin minnətdarlığımı ifadə edirəm”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm