Zəlimxan Yaqub: “Dializdən asılıyam, bunsuz yaşaya bilmərəm...”
Bizi izləyin

Magazin1

Zəlimxan Yaqub: “Dializdən asılıyam, bunsuz yaşaya bilmərəm...”

Böyrək çatışmazlığından əziyyət çəkən xalq şairi müayinə üçün Almaniyaya gedir.

Bu barədə Publika.az-a şair özü məlumat verib.

Hazırda özünü yaxşı hiss etdiyini deyən Zəlimxan Yaqub dializdən asılı olduğunu da gizlətməyib: “Vaxtaşırı müayinə olunmaq üçün Almaniyaya getməliyəm. Ayın sonu yenə gedəcəm. Onsuz da böyrək əməliyyatı baş tutmayacaq, amma həkimlər həmişə səhhətimə nəzarət edirlər. Sadəcə olaraq, xəstəliyin ağırlaşmaması üçün mütəmadi olaraq dializdən istifadə etməliyəm. Bunsuz yaşaya bimərəm”.

Xatırladaq ki, Almaniyada əməliyyat olunan xalq şairi böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm